AZ

Sükan arxasında yuxulayan gənc “KİA”nı yük maşınına çırpdı; 3 ölü, 1 yaralı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sükan arxasında yuxulayan gənc ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Samara şəhərində baş verən hadisənin görüntüləri videoregistrator tərəfindən qeydə alınıb.

Məlumata görə, 22 yaşlı sürücü idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında mürgüləyib və bir müddət sonra əks istiqamətə çıxaraq qarşıdan gələn yük maşını ilə toqquşub. Zərbənin təsirindən avtomobil hissələrə ayrılıb. 

Qəza nəticəsində 3 nəfər (sürücü və onun valideynləri) ölüb, 14 yaşlı qardaşı isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
147
avtosfer.az

1Mənbələr