4 milyard dollarlıq lokomotiv sazişi əməkdaşlıqda yeni mərhələ açır...
Poliqon xəbər verir ki, ABŞ və Qazaxıstan arasında tarixi əhəmiyyət daşıyan 4 milyard dollarlıq lokomotiv müqaviləsi imzalanıb. Razılaşma ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında baş tutan telefon danışığından sonra rəsmiləşib.
ABŞ-nin ticarət naziri Hovard Lyutnik sosial şəbəkədə yazıb ki, bu müqavilə Amerika sənayesinə mühüm dəstək olacaq.
“Bu saziş ABŞ-ın aparıcı innovasiyalarını dünya miqyasında ön plana çıxarır, Texas və Pensilvaniyada minlərlə iş yerini qoruyur və ABŞ ilə Qazaxıstan arasında tərəfdaşlığı daha da möhkəmləndirir. Bu lokomotivlər Avropa ilə Asiyanı birləşdirəcək nəqliyyat əlaqəsini təmin edəcək və ABŞ texnologiyalarına əsaslanan Orta Dəhlizin inkişafına təkan verəcək”, deyə nazir vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, layihə yalnız ABŞ və Qazaxıstanın deyil, həm də bütün regionun iqtisadi və logistika imkanlarını gücləndirəcək. Orta Dəhliz Xəzər dənizi üzərindən keçməklə Çin, Orta Asiya, Qafqaz və Avropa arasında mühüm ticarət körpüsü rolunu oynayır.
Poliqon.info