AZ

İran XİN dən Avropa üçlüyünə: Tehranla münasibətlərdə...

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Avropa üçlüyü ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) indi ya İranla qarşıdurma, ya da əməkdaşlıq yolunu seçməlidir.

Bakupost.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Nyu Yorkda İranın dövlət televiziyasına müsahibəsində deyib.

"Nyu Yorka səfərim zamanı Avropanın əksər xarici işlər nazirləri ilə görüşəcəyəm. İndi bütün tərəflər əməkdaşlıq və ya qarşıdurmanı seçmək barədə qərar verməlidir", - o deyib.

"Əgər nüvə böhranının həlli olarsa, bu, yalnız diplomatikdir. Ümid edirəm ki, yaxın günlərdə məsləhətləşmələr yolu ilə buna nail ola bilərik. Əks halda, İran lazımi tədbirləri görəcək", - Əraqçi əlavə edib.

Onun sözlərinə görə, İran İran xalqının maraqlarına cavab verəcək və Tehranın bütün təhlükəsizlik narahatlıqlarını nəzərə alacaq formada böhranı diplomatik yollarla həll etməyə hazırdır.

Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək üçün mexanizmin işə salınması təşəbbüsü ilə çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
www.bakupost.az

3Mənbələr