AZ

Azərbaycanda quru sərhədləri yenə bağlı qaldı

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb, gələn ilin yanvarınadək.

Bu barədə nazirlər kabineti qərar verib.

Qərarda deyilir ki, məqsəd Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaqadır.

Bu isə o deməkdir ki, Azərbaycanın quru sərhədləri yenə də bağlı qalacaq.

Bu xəbər sosial mediada sevinclə qarşılanmayıb.

Ceyhun Ağayev yazıb ki, "Nə istəyirsiniz bu millətdən. Əl çəkin yaxamızdan".

"Bir yuxudur... İndi ayılıb görəcəyik ki, bu bir yuxudur...", Bahman Quliyev belə yazıb.

Rich Mich adlı istifadəçi isə iddia edir ki, Azərbaycan dünyada sərhədləri bağlı üç ölkədən biridir. "Bədbəxt Azərbaycan vətəndaşları, 20 manatlıq yolu 200 manat təyyarə ilə gedir", o yazıb.

Ceyhun Abdulayev isə belə bir təklif verib: "Bir dəfəlik karantin rejimini daimi etsinlər, vəssalam. Niyə hər dəfə əziyyət çəkib uzadırlarʔ!"

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin may ayında qolbal Covid pandemiyasının başa çatdığını elan edib.

Azərbaycanda quru sərhədlərin bağlı qalmasının gediş-gəlişə və kiçik bizneslərə təsir etməsinə dair şikayətlər var.

Bir çoxları qonşu Gürcüstan, Türkiyə, İran və Rusiyaya quru yolu ilə səfər etmənin daha ucuz başa gəldiyini deyir.

Prezident Əliyev isə əvvəlki çıxışlarında quru sərhədlərin siyasi təhlükəsizlik səbəbindən bağlı qaldığını bildirib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
319
bbc.com

1Mənbələr