AZ

İstehlakçıların şikayətləri artıb - Səbəb nədir?VİDEO

Son aylar ərzində istehlakçı şikayətlərinin sayı artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə, bu il istehlak bazarı ilə bağlı  şikayətlərin sayında 16 faiz artım müşahidə olunur. Bəs buna səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, şikayətlərə səbəb həm digər ödəniş vasitələrinin, plastik kartların qəbul edilməməsi, eyni zamanda, vitrindəki çaşdırıcı elanlar, məhsulun üzərində göstərilən qiymətlə kassadakı qiymətlərin fərqli olması və başqa hallar var. Belə hallar istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Bəzi vətəndaş hüquqlarının bərpa edilməsi üçün çox zaman aidiyyəti qurumlara müraciət etmir ki, nəticədə daha çox şəxs aldanmış, maddi zərərə uğramış olur.

Ekspertlərin sözlərinə görə, istehlakçıların hüquqlarını müdafiə edən qanun uzun müddət öncə qəbul olunsa da, ötən illər ərzində sənəddə xeyli dəyişikliklər olub. Yeni çağırışlara uyğun olaraq qanuna dəyişikliklərin edilməsi prioritetdir. Bu, hüquqi bazanın daha da təkmilləşdirilməsinə xidmət edəcək.

İqtisadçı Kənan Quluzadənin sözlərinə görə, bəsit görünən belə məqamlar həm də iqtisadiyyata zərbə vurur. İtən güvən bazarda tələb-təklifi azaldır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, ümumilikdə bu ilin altı ayı ərzində quruma 4 847 müraciət daxil olub ki, bunların böyük hissəsi qeyri-qida, eyni zamanda, xidmət sahəsindəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
2
xezerxeber.az

1Mənbələr