ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda “Avropa Mobillik Həftəsi” çərçivəsində 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Avtomobilsiz Gün” təşkil olunub.
Avtosfer.az xəbər verir ki, sentyabrın 21-də Məhəmməd Naxçıvani küçəsində təşkil olunan “Avtomobilsiz Gün”də uşaqdan böyüyə hər kəs iştirak edib. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdirilib, əhali üçün test sürüşləri və təlimlər keçirilib.
Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənib. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılıb. Müxtəlif əyləncələr təşkil olunub.
Avtosfer.az-ın əməkdaşı indiyə qədər elektrik skuterdən istifadə etmədiyi üçün o da təşkil edilən təlimlərdə iştirak edib. Cəmi bir cəhddən sonra əməkdaşımız ilkin sürmə vərdişlərinə sahiblənib. Daha sonra sürmə keyfiyyətini yoxlamaq istəyən əməkdaşımız Məhəmməd Naxçıvani küçəsindən “28 May” Nəqliyyat mübadilə Mərkəzinə qədər məsafəni özü sürüb və təşkilatçı quruma, eləcə də operatorlara minnətdarlığını bildirib.
Küçənin sakinləri, eləcə də tədbirin həyata keçirildiyinən xəbərdar olub iştirak edənlər şəhərin bir çox küçələrinə avtomobillərin girişinin qadağan olunmasının çox müsbət addım olduğunu qeyd ediblər. Onlar piyadaların hərəkətinə üstünlüyün verilməsinin gələcəkdə başqa küçələrdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar. Vətəndaşların iştirakı ilə keçirilən tədbir sentyabrın 22-si axşam saatlarında başa çatıb.
Səfər
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.