ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
O, bildirib ki, Tramp həmin gün BMT-nin baş katibi, Argentina və Avropa İttifaqının liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Livittin sözlərinə görə, Trampla birlikdə Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, BƏƏ və İordaniya nümayəndələri arasında çoxtərəfli görüşlər də planlaşdırılır.