AZ

Həmin tarixdə toya getmirəm, ən pis günümdür

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İki yaşımda atam dünyasını dəyişib, məni anam böyüdüb. 4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır".

Axşam.az xəbər verir ki, bu sözləri "Günə uğurla" verilişində müğənni Əlikram Bayramov deyib. O, anasının vəfat etdiyi tarixdə toylara getmədiyini bildirib:

"Dünyada varlığımı itirmişəm. Həyatımın ən dəhşətli anları idi. 40 gün özümə gəlməmişəm, depressiyaya, xəstəxanalara düşmüşəm. Həyatda yaşadığım ən bədbəxt hadisə, anamı itirdiyim gündür. Ən sarsıldığım gündür. Dekabrın 5-ni ən pis günüm kimi qeyd edirəm. Həmin günü toya da getmirəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
axsam.az

2Mənbələr