AZ

Polşadan Rusiyaya: Biz bilirik ki, siz buna qadir deyilsiniz

ain.az bildirir, Axar.az portalına istinadən.

NATO ölkələri Rusiyanın onları qorxutmasına imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu sentyabrın 22-də Rusiyanın MiQ-31 qırıcılarının Estoniyanın hava məkanına daxil olmasından sonra BMT Təhlükəsizlik Şurasının çağırdığı fövqəladə iclasında Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Sikorski xatırladıb ki, Rusiya qırıcı təyyarələri PUA-ların ölkəsinə hücumundan bir həftə sonra Estoniyanın hava məkanını pozub.

O bildirib ki, bu cür pozuntular şübhə yaradır, çünki onlar Rusiyanın uzun illərdir Qərbə qarşı apardığı hibrid müharibənin eskalasiyasını təşkil edir:

"BMT Təhlükəsizlik Şurasının məsuliyyəti var ki, bu cür təxribatlara dözməyəcəyimizi açıq şəkildə bildirsin. Mən Rusiya nümayəndələrinə deyirəm: biz bilirik ki, siz beynəlxalq hüquqa əhəmiyyət vermirsiniz və qonşularınızla sülh şəraitində yaşamağa qadir deyilsiniz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
axar.az

3Mənbələr