AZ

Putinə şəxsən özüm cavab verəcəm Tramp

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Yeni START müqaviləsinin müddətinin bir il uzadılması ilə bağlı təklifinə şəxsi cavab hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirilən brifinqdə jurnalistin sualını cavablandırarkən bildirib. Qeyd olunub ki, Moskvanın təşəbbüsü Vaşinqtonda müsbət qarşılanıb. Lakin yekun mövqeni Tramp özü açıqlayacaq.

Ağ Evin mətbuat katibi Carolyn Levitt jurnalistlərin sualını cavablandırarkən bildirib:

“Prezidentin bu təklifdən xəbəri var. Məncə, bu, kifayət qədər yaxşı səslənir, lakin o, bu barədə şəxsən şərh vermək istəyir”.

Xatırladaq ki, Rusiya Prezidenti sentyabrın 22-də Təhlükəsizlik Şurasının iclasında Yeni START müqaviləsinin müddəti 2026-cı ilin fevralında başa çatdıqdan sonra Moskvanın əlavə bir il ərzində onun əsas limitlərinə könüllü riayət etməyə hazır olduğunu bəyan edib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
globalinfo.az

1Mənbələr