AZ

Böyrəyin sıradan çıxmasının səbəbi açıqlanıb: BUNU ETMƏYİN

Uroloq Boqatyrev: Az su içmək böyrəklərə ciddi zərər verir.

E-saglam.az xəbər verir ki, bu barədə uroloq-androloq Artur Boqatyrev Gazeta.ru-ya müsahibəsində bildirib

Boqatyrev qeyd edib ki, böyrəklər siqaret və spirtli içkidən zərər görür, lakin davamlı su çatışmazlığı da eyni dərəcədə ciddi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, böyrəklərin toksinləri və artıq mayeni aradan qaldırması üçün kifayət qədər suya ehtiyacı var. Dehidrasiya qan axını pozur və toksinlərin çıxarılmasını ləngidir.

Uroloq əlavə edib ki, bədəndə duzun çox olması və ağrıkəsicilərin tez-tez qəbulu böyrəklərə ziyan vurur. Eyni zamanda, sidik kisəsini tam doldurub tualetə getməyi təxirə salmaq da böyrəklərə əlavə yük yaradır və sidik yolu infeksiyaları riskini artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr