"Karyeramda verdiyim ən yaxşı konsertlər arasında Türkiyə konsertlərim var. Bəlkə də uzun müddətdir etmədiyim üçündür. 6 il boyunca tura çıxmamışdım və ötən il şəxsi səbəblərə görə turumu ləğv etmişdim".
BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Cennifer Lopez deyib.
"Yenidən səhnəyə çıxıb o sevgini hiss etmək, öz sevgimi vermək... Pərəstişkarlarımla xüsusi bir bağ qurmaq, onların mənim üçün etdiklərini görmək, mənim onlar üçün etdiklərim... Bənzəri olmayan bir münasibətdir" ,- deyə o qeyd edib.