AZ

Vasitəçilər Qəzzada atəşkəs üçün yeni təklifi irəli sürüblər

BAKI, 22 sentyabr. TELEQRAF

Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında vasitəçilər Qəzza zolağında 10 israilli girovun azad edilməsi qarşılığında iki aylıq atəşkəsin olmasına dair yeni təklif irəli sürüblər.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Təklifin şərtlərinə görə, HƏMAS ABŞ-nin Qəzzada atəşkəsin iki ay davam edəcəyinə və humanitar yardımın çatdırılmasına zəmanət verməsi müqabilində Fələstin anklavında saxlanılan 10 girovu, həmçinin Amerika vətəndaşlığı olan iki girovun cəsədini təhvil verməlidir.

Bundan əvvəl "Fox News" telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, fələstinli radikallar ABŞ prezidenti Donald Trampa məktub yazaraq ondan “girovların yarısının dərhal azad edilməsi müqabilində Qəzzada 60 günlük fasiləyə şəxsən zəmanət verməsini” xahiş ediblər.

Seçilən
35
teleqraf.com

1Mənbələr