AZ

Gündəmi silkələyən xəbər: Rusiya bu ölkəyə hücuma hazırlaşır Tarix açıqlandı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Yeni il ərəfəsində Polşaya qarşı məhdud, lakin provokativ xarakterli hücum həyata keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə ingilis mətbuatı məlumat yayıb. “Express2 qəzetinin iddiasına əsasən, bu barədə məlumatı adını açıqlamayan yüksək rütbəli rus hərbi yetkilisi sızdırıb.

İddia olunana görə, Moskva NATO-ya birbaşa müharibə elan etmədən, alyansın reaksiyasını ölçməyi və Avropada siyasi sabitliyi sarsıtmağı hədəfləyir.

İngiltərənin paytaxtı Londonda keçirilən DSEI müdafiə sərgisində açıqlanan məlumatlara əsasən, son günlərdə üç MiQ-31 qırıcısı hipersəs raketləri ilə Estoniya hava sahəsini pozub. Təyyarələr Finlandiya körfəzi üzərində 12 dəqiqə patrul uçuşu həyata keçirib. Hadisə NATO qırıcıları tərəfindən qarşısı alınaraq sonlandırılıb.

İngiltərə Xarici işlər naziri Yvette Cooper məsələ ilə bağlı sərt açıqlama verib:

“NATO müttəfiqimiz Estoniyanın yanındayıq. Rusiya hava məkanına qarşı bu məsuliyyətsiz addımları ilə təxribatlara davam edir. Biz təzyiqləri artırmalıyıq”.

Sızdırılmış məlumatlarda Polşanın daha ciddi təhdidlə üzləşdiyi qeyd olunur. İstefaya çıxmış rus generaldan gəldiyi deyilən xəbərdarlıqlara əsasən, Kreml Polşaya qarşı nüvə silahı olmayan, lakin qəsdən törədiləcək hərbi əməliyyat planlayır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr