ain.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyası sentyabr ayına dair iş və istehlakçı sorğularının nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, Avrozonada İstehlakçı İnam İndeksi sentyabrda −15,5 səviyyəsindən −14,0 səviyyəsinə yüksəlib. Aİ-də isə indeks 0,5 bənd artaraq −14,3 səviyyəsinə çatıb.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə indeksin sentyabr ayında −15 səviyyəsində olacağı istiqamətində idi.
Hesabata görə, istehlakçı inamı 2025-ci ilin aprel ayından bəri tarixi orta göstəricisinin nəzərəçarpacaq dərəcədə gerisində qalır və ümumilikdə stabil bir dinamika göstərməyə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.