“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland “Qızıl top–2025” mükafatının səsverməsində 26-cı yeri tutub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
26–30-cu yerlər belə müəyyənləşib:
26. Erling Haaland (“Mançester Siti”, Norveç millisi)
27. Deklan Rays (“Arsenal”, İngiltərə millisi)
28. Vircil van Deyk (“Liverpul”, Niderland millisi)
29. Florian Virts (“Liverpul”, Almaniya millisi)
30. Maykl Olise (“Bavariya”, Fransa millisi)
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən təqdim ediləcək “Qızıl top” mükafatının rəsmi təqdimat mərasimi bu gün – 22 sentyabrda Parisdəki “Şatle” teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Xatırladaq ki, ötən il bu nüfuzlu mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanmışdı.