28 yaşlı pilot bildirib ki, FİA yenidən klubların və lisenziya sahiblərinin federasiyası olmalıdı: "Məqsədim idarəçiliyi daha demokratik, şəffaf, məsuliyyətli, qadınlara və yeni nəslə açıq etməkdi. Əminəm ki, avtoidman dünyanı ilhamlandırmaq üçün müxtəlifliyə və innovasiyalara ehtiyac duyur”.
FİA prezidentliyinə seçki bul il dekabrın 12-də keçiriləcək.Qeyd edək ki, Villars karyerası ərzində ümumilikdə 58 yürüşdə - "Ultimate Cup Series F3R", "F4 UAE", "Ferrari Challenge Europe" və "Europe Ligier Series" yarışlarında iştirak edib. 2023-cü ildə "Ultimate Cup Series F3R"də tam mövsüm keçirərək ümumi sıralamada 5-ci olub. 2025-ci ildə “Virage” komandası ilə "Europe Ligier JS P4 Series"də çıxış edir.
Xatırladaq ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti postunu 2021-ci ilin dekabrından bəri Məhəmməd bin Sulayem tutur.