AZ

İtaliya millisinin qapıçısı ilin ən yaxşısı adına layiq görüldü

BAKI, 22 sentyabr. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubunun və İtaliya yığmasının futbolçusu Canluici Donnarumma "Qızıl top" mərasimində ilin ən yaxşı qapıçısı seçilib.

Teleqraf xəbər verir ki, 26 yaşlı qolkiper bu mükafata karyerasında ikinci dəfə layiq görülüb.

O, 2024/25 mövsümündə PSJ klubu ilə birlikdə Fransa çempionatını, Fransa Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, Canluici Donnarumma yay transfer pəncərəsində PSJ-dən "Mançester Siti"yə keçib.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr