AZ

Nvidia OpenAI şirkətinə 100 milyard dollar investisiya yatıracaq

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çip istehsalçısı "Nvidia" "ChatGPT"-nin yaradıcısı "OpenAI" şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.

Oxu.Az bildirir ki, bu barədə şirkətlərin bəyanatında deyilir.

Qeyd olunub ki, strateji tərəfdaşlıq çərçivəsində "Nvidia" "OpenAI" şirkətinə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi üçün lazım olan məlumat mərkəzlərini yaradılması məqsədilə çip tədarük edəcək.

Onların ümumi gücü ən azı 10 GVt olacaq. Bu, "OpenAI"yə "yeni nəsil süni intellekt infrastrukturu yaratmağa imkan verəcək.

Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə edəcəklər və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun yerləşdirilməsinə başlanılacaq.

Bu məlumatdan sonra "Nvidia"nın səhmləri 4% yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr