AZ

Moldova Odessaya hücum üçün plasdarm ola bilər Sandu

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Əgər Rusiya Moldovaya nəzarət etsə, bu, Rusiyanın Odessa bölgəsinə hücumu üçün plasdarm olacaq. Qarşıdan gələn seçkilərdə rusiyayönlü qüvvələrin qələbəsi son dərəcə təhlükəlidir.

Axar.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu deyib.

"Bu gün mən sizə bütün ciddiliyimlə bəyan edirəm ki, bizim suverenliyimiz, müstəqilliyimiz, bütövlüyümüz və Avropa gələcəyimiz təhlükə altındadır", - Sandu xalqa müraciətində bildirib.

O, əlavə edib ki, Rusiya hazırda sentyabrın 28-də keçiriləcək parlament seçkilərində yüz minlərlə səs almaq üçün yüz milyonlarla avro xərcləyir. Yüzlərlə insana ixtişaş törətmək, zorakılıq etmək və dünyanı qorxutmaq üçün də ödəniş edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
axar.az

2Mənbələr