Türkiyəli aktyor İbrahim Çelikkol sevgilisi Natali Yarcanla evlənib.
Publika.az xəbər verir ki, 3 ildir eşq yaşayan cütlüyün nikahı Bodrumda baş tutub.
Aktyor toydan fotonu şair Özdemir Asafın şeirinin müşayiəti ilə paylaşıb. Fotodan cütlüyün 2 gün öncə ailə qurduqları məlum olub.