AZ

“Barselona” “Sportinq”in futbolçusunu istəyir

 Portuqaliyanın “Sportinq” klubunun müdafiəçisi Qonsalu İnasiyu karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, futbolçunun xidmətində Kataloniya klubu maraqlıdır.

Mənbənin bildirdiyinə görə, kataloniyalılar artıq bir neçə aydır 24 yaşlı futbolçunu izləyir və onunla maraq İñiqo Martinensin Səudiyyənin “Əl-Nasr” klubuna keçidindən sonra artıb. Futbolçunun agenti ilə də artıq danışıqlara başlanılıb.

Cari mövsümdə Qonsalu İnasiyu Primeira Liqada beş oyuna çıxaraq iki məhsuldar ötürmə edib. Qeyd edək ki, “Barselona” beş turdan sonra 13 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr