AZ

Robert De Nironun yeni biznesi

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda adasında kurort açacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"The Beach Club" adlı kurort Barbuda adasının sahilində yerləşəcək və tərkibində 36 otaqdan ibarət “Nobu Beach Inn” oteli, şəxsi villalar və su üzərində yerləşən bunqalolar olacaq. Kurortun 2026-cı ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.

Ərazidə restoran, spa mərkəzi və okean kənarında hovuz da fəaliyyət göstərəcək.

Bildirilir ki, De Niro layihə zamanı ətraf mühitə və mənzərəyə təsiri minimuma endirməyə çalışır. Onun komandası təbii materiallardan və yerli bitkilərdən istifadə etməklə adanın təbii landşaftını qorumağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axsam.az

1Mənbələr