AZ

Tualet deyil, muzeydir Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Muzey deyəndə çoxlarının ağlına qədim heykəllər, rəsm əsərləri və ya tarixi əşyalar gəlir.

“Qafqazinfo” xəbər verir ki, amma dünyada elə muzeylər var ki, onları gəzdikdə həm təəccüblənir, həm də gülümsəyirsən.

Dünyanın ən qəribə muzeylərini təqdim edirik:

1. Qırıq Münasibətlər Muzeyi (Xorvatiya, Zaqreb)

Bu muzey sevgi və ayrılıq hekayələrinin simvoludur. Burada insanların keçmiş sevgilərindən qalan əşyaları – məktubları, geyimləri, hətta gündəlik istifadə əşyalarını görmək olar. Hər bir eksponatın yanında qısa bir hekayə də yazılır.

2. “Instant Noodle” Muzeyi (Yaponiya, Osaka)

Dünyanın ən çox yeyilən hazır yeməklərindən biri olan “Noodle” üçün ayrıca muzey olduğunu bilirdinizmi? Burada kiçik fabrik hissədə insanlar paketlərin dizaynını seçir, istədikləri sousu əlavə edir və şəxsi “noodle”larını evlərinə aparırlar.

3. Tualet Muzeyi (Hindistan, Dehli)

Bu muzeydə insanlığın tarix boyu istifadə etdiyi tualetlər sərgilənir. Antik dövrlərdəki sadə qurğulardan tutmuş qızıl örtüklü “lüks” nümunələrə qədər hər şeyi burada tapmaq mümkündür. Muzey həm gülməlidir, həm də əslində gigiyena tarixi baxımından çox maraqlı dərsdir.

4. Pis İncəsənət Muzeyi (ABŞ, Massaçusets)

Adından da göründüyü kimi, bu muzeydə bədii dəyəri olmayan, amma qəribəliyi ilə diqqət çəkən əsərlər nümayiş olunur. Sərgilənən rəsmlər o qədər qeyri-adi və uğursuzdur ki, baxanda insan istər-istəməz gülür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
qafqazinfo.az

1Mənbələr