Sırğa ilə yatmaq gündəlik vərdiş kimi görünsə də, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, sırğalarla yatmaq zahirən zərərsiz görünsə də, gözlənilməz nəticələrə səbəb ola bilər.
Sırğaların yastıqlara və ya saça sürtülməsi qulaq məməsində qıcıqlanma və qızartıya səbəb ola bilər. Hətta ağrı verər.

Xüsusilə yeni taxılanlar bakteriyalara qarşı həssasdır. Yatarkən sırğaların toxunduğu yastıqlar və saçlar infeksiya riskini artırır.
Yuxu zamanı baş mövqeyini dəyişdiyi üçün sırğa yerindən çıxa, bağlama mexanizmi zədələnə və ya düşə bilər.
Təkrarlanan qıcıqlanma və infeksiya qulaq məməsində deformasiyalara və ya çapıq toxumasına səbəb ola bilər.
Aygün
Medicina.az