1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı psixoloq Günel Xəlilova olub.
O, insanların qəlibləşmiş düşüncələrindən söz açıb:
"Cəmiyyətimizdə qadına və kişiyə müəyyən rollar biçilib. Məsələn, kişinin ağlamasına pis baxırlar. Ondan həmişə güclü olmasını, pul qazanmasını istəyirlər. Eyni zamanda qadının da fədakar olması tələb olunur. Xəyanətlə üzləşəndə belə, ondan bunu bağışlamasını gözləyirlər".
Günel Xəlilova, həmçinin qeyri-sağlam sevgi münasibətlərindən danışıb:
"İki insan sevgili olandan sonra problemlərlə üzləşəndə tərəflərdən biri "səndən ayrılsam, ölərəm" deyirsə, bu, artıq qeyri-sağlam münasibətin göstəricisidir. Belə halda həmin şəxs qarşı tərəfdən asılı vəziyyətə düşür. Digər tərəf isə bu asılılıqdan istifadə edərək, onu manipulyasiya edir. Belə vəziyyətdə asılı şəxs başa düşməlidir ki, qeyri-sağlam münasibətin içindədir".