AZ

Moskva istiqamətində uçan 14 PUA vurulub - YENİLƏNİB-1

Ukrayna ordusunun Moskvaya kütləvi dron hücumu davam edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan pilotsuz uçuş aparatlarından 14-ü məhv edilib.


***

21:03

Rusiyanın HHM qüvvələri Moskvaya hücum edən 7 PUA-nı məhv edib.

Sherg.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib", - meriyanın Teleqram kanalında dərc olunan bəyanatda deyilir.


***

20:47

Moskva vilayəti Ukrayna dronlarının hücumuna məruz qalıb.

Sherg.az xəbər verir ki, Odintsovo rayonunun sakinləri, eləcə də paytaxtın Konkovo, Kuzminki, Çertanovo və digər mərkəzi rayonlarında yaşayanlar bir-birinin ardınca partlayış səsləri eşidildiyini bildiriblər. Sakinlərin sözlərinə görə, bu səslərin sayı azı 10-dan çox olub.

Partlayış səsləri haqqında məlumatlar Zelenoqrad və Naxabino ərazilərindən də gəlir.
Seçilən
6
sherg.az

1Mənbələr