"Kifayət qədər şanslarımız oldu, 1:0 qalib gəlirdik.
Rəqibin bir əks-hücumü, əllə oyun və penalti epizodu.
Bizim bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi, ikinci qolu vurmağa vaxtımız çatmadı".
Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Georgi Sudakov Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə haqda deyib.
23 yaşlı yarımmüdafiəçi matçı təhlil etməyin çətin olduğunu söyləyib: "Üstün tərəf biz idik, qol şanslarımız az deyildi, amma bunlardan istifadə edə bilmədik.
Nə deyəcəyimi bilmirəm. İndi oyunu təhlil etmək çox çətindir".
Georgi Sudakov Ukrayna seçməsinin yeganə qolunun müəllifidir. O, 51-ci dəqiqədə adını tabloya yazdırıb.