AZ

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Netanyahunun hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etmək və fələstinli xalqı mümkün qədər çox sayda ölkədən köçməyə məcbur etməkdir. Qəzzadakı qətliam bütün şiddəti ilə davam edir. Vicdanı olan heç kim baş verənləri qəbul edə bilməz, daha da önəmlisi – belə bir soyqırıma səssiz qala bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Ərdoğan bəyan edib ki, bir sıra ölkələrin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin Fələstin Dövlətini tanımaq qərarı son dərəcə vacib və tarixi bir qərardır.


Bizim.Media

Seçilən
18
16
bizim.media

10Mənbələr