AZ

"Qızıl Top 2025": Usman Dembele ilin futbolçusu seçildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2024/25-cü illər mövsümünün yekunlarına görə dünyanın ən nüfuzlu futbol mükafatı olan "Qızıl top"un təntənəli təqdimetmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Parisdə "Şatle" teatrında baş tutub.
Dünya futbolunda əsas fərdi mükafata "Pari-Sen-Jermen"in ulduzu Usman Dembele layiq görülüb.
İlin komandası da PSJ olub. İlin ən yaxşı məşqçisi kateqoriyasında Yohan Kroyf mükafatına klubun çalışdırıcısı Luis Enrike layiq görülüb. Komandanın sabiq qolkiperi Canluici Donnarumma isə ilin ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatını qazanıb.
Bu yay "Sportinq"dən "Arsenal"a keçən Viktor Qyökereş ilin ən yaxşı hücumçusu seçilib. Futbolçuya Gerd Müller mükafatı təqdim edilib.
İlin ən yaxşı gənc oyunçusu isə Lamin Yamal ("Barselona") olub. O, "Kopa Trophy"yə ardıcıl ikinci dəfə layiq görülən ilk futbolçu kimi tarixə düşüb.
Seçilən
1
oxu.az

1Mənbələr