ANA & BALA 7 Sağlamlıq Düşərgəsi qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə uğurla həyata keçirildi.
QHT.az xəbər verir ki, 19-21 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi təşkil edildi.
1-ci gün.
Düşərgənin ilk günü düşərgə iştirakçıları üçün Respublika Klinik Xəstəxanasının hematalogiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərzadə tərəfindən hemofiliya xəstəliyinə müasir yanaşma, ağrının idarə edilməsi mövzusunda seminar keçirilmişdir və sonda müayinələr təşkil olunmuşdur.
Ümumilikdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə ANA & BALA 7 Sağlamlıq Düşərgəsi çərçivəsində iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi üçün idan və əyləncəli proqramlar təşkil edildi.
ANA & BALA 7 Sağlamlıq Düşərgəsi pilot layihəsi olaq məqsədi aidiyyati dövlət qurumlarının dəstəyi ilə həssas qruplardan olan əlilliyi olan 18 yaşadək uşaqların sanator kurort müalicəsinə cəlb edilməsi və bu sahənin inkişafının vacibliyini bildirir.
Məqsədimiz biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsinə dəstək olmaqdır!