AZ

Təhsilsiz insanların bu işlərdə daha üstün olduğu üzə çıxdı Araşdırma

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər təhsilin intim həyata təsirini araşdırıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Beynəlxalq tədqiqatçılar qrupu Alimlər təhsilin intim həyata təsiri ilə bağlı maraqlı nəticə əldə ediblər. Belə ki, yüksək təhsil səviyyəsi bəzən daha az intim fəallıqla müşahidə olunur.

Araşdırmanın nəticələri nüfuzlu "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Məlumata görə, Böyük Britaniya və Avstraliyanın bir neçə yüz min sakini üzərində aparılan tədqiqatda əsas məqsəd ali təhsilin insanın şəxsi həyatına təsirini müəyyənləşdirmək olub. Nəticələr göstərib ki, iştirakçıların təxminən 1 faizi heç vaxt intim münasibətdə olmayıb.

Mütəxəssislər davamlı tendensiyanı qeydə alıblar: təhsil səviyyəsi artdıqca intim münasibətlərə maraq azalır. Bunun əsas səbəbləri kimi peşəkar karyeraya yönəlmə, işlə bağlı yüklənmə və şəxsi həyata az vaxt qalması göstərilir. Araşdırmaya görə, bu cür həyat tərzi zamanla vərdişə çevrilə bilər.

Bundan əlavə, sosial stereotiplərin də rol oynadığı qeyd edilir. Xüsusilə gənclik illərində formalaşan "kitabla yaşayan, ictimai həyatda aktiv olmayan" obrazın gələcəkdə insanın münasibətlər qurmasına mane olduğu vurğulanır.

Ekspertlər hesab edirlər ki, bu sahədə daha geniş araşdırmalara ehtiyac var və nəticələr cəmiyyətin intim münasibətlərə baxışını da dəyişdirə bilər.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr