AZ

72 il sonra sahibinə çatan məktub: “Üzr istəyirik, bir az gecikdi.”

ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da 1953-cü ildə göndərilən məktub 72 il sonra sahibinə çatdırılıb. Kartı göndərən zaman 16 yaşında olan Alan Ball, bu məktubu 88 yaşında aldığını deyib.

News24.az xəbər verir ki, məktub 17 iyun 1953 tarixində Nyu Yorkdakı BMT binasından möhürlənərək göndərilmişdi. Alan Ball o vaxt Ottavadakı evindən çıxıb Nyu Yorka, oradan isə Porto Rikoya səyahət edirdi. Gedərkən ailəsinə "Nyu Yorka çatdım" demək üçün kart yazmışdı.

Lakin bu kart ailəsinə çatmamış və itmiş sayılmışdı. Bu yaxınlarda həmin məktub Ottava şəhərindəki bir poçt şöbəsinə təsadüfən çatdırılıb. Ünvan köhnə olduğuna görə, poçt işçiləri jurnalistlər və yerli araşdırmaçılarla birlikdə məktubu göndərəni tapmağa çalışıb və nəhayət onun Dr. Alan Ball olduğu müəyyən olunub.

Kartı təhvil verən poçt işçisi zarafatla belə yazıb: "Üzr istəyirik, bir az gecikdi."

Alan Ball əvvəlcə təəccüblənsə də, sonra bu vəziyyətə gülümsədiyini deyib. O, bu səyahətin həyatını dəyişdirdiyini və 72 il sonra da olsa, mesajın ona çatmasından məmnun olduğunu bildirib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
news24.az

2Mənbələr