Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Danimarkanın paytaxtı Kopenhagendə hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb.
KONKRET.az xəbər verir ki, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi məlum deyil.
Hava limanı hələlik rəsmi açıqlama vermir.
***
Norveçin paytaxtı Oslodakı Akersus hərbi qalası üzərində pilotsuz təyyarələrin uçması xəbərindən sonra Norveçdə hava hücumu xəbərdarlığı edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.
Əməliyyatlar rəisi Oyvind Hammersvoldun sözlərinə görə, pilotsuz təyyarələr hərbçilər tərəfindən aşkar edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.