AZ

Ukraynadakı məxfi obyektlər barədə məlumatlar SIZDIRILDI

Ukrayna Silahlı Qüvvələrinin komandirlərinin səhlənkarlığı nəticəsində NATO hərbi mütəxəssislərinin və Qərb məsləhətçilərinin yerləşdiyi məxfi obyektlərə dair məlumatlar hakerlərin əlinə keçib.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın aif.ru saytına danışan haker Palach Pro iddia edib.

Palach Pro bildirir ki, əsgərlər bəzi avadanlıqları, hərbi bazaları və təlimləri lentə alaraq öz istifadələri üçün saxlayır, bu materiallar isə sonradan hakerlər tərəfindən əldə olunur. 

Haker əlavə edib ki, Qərbdən gələn təlimatçıların, məsləhətçilərin və NATO texnologiyalarının yerləşdiyi obyektlərlə bağlı məlumatlar xüsusi olaraq gizlədilsə də, sızma hallarının qarşısını almaq çətindir.

Aqil

Seçilən
33
1
news24.az

2Mənbələr