AZ

"Qalatasaray"dan 6 oyunda altıncı qələbə - VİDEO

Türkiyə Superliqasında 6-cı turun bir görüşü keçirilib.

İdman.biz xəbər verir ki, lider "Qalatasaray" yarış cədvəlində 9-cu yeri tutan "Konyaspor"u qəbul edib.

Okan Burukun yetirmələri birinci hissədə hesabı açıblar. Yunus Akgün 23-cü dəqiqədə qonaqları mərkəzə dəvət edib - 1:0.

Birinci hissəyə artırılmış ilk dəqiqədə Mauro İkardi yenidən "Konyaspor"luların qanını qaraldıb - 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Fasilədən sonra, 64-cü dəqiqədə Lukas Torreyra üçüncü topu konyalıların qapısına vurub.

80-ci dəqiqədə Umut Nayir oyunun syekun nəticəsini müəyyən edib - 3:1.

Hazırda "Qalatasaray" çempionatda keçirdiyi 6 oyunda 6 qələbə qazanaraq vahid liderdir. "Konyaspor"un 7 xalı var.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr