AZ

Konstantinovkanın cənubunda şiddətli döyüşlər gedir

Donetsk vilayətinin Konstantinovka şəhərinin cənubunda şiddətli döyüşlər gedir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı mayor Vitali Pyasetski bildirib.

O qeyd edib ki, itkilərə və maddi-texniki təchizat, silah-sursat, yanacaq və sürtkü materialları ilə bağlı problemlərə baxmayaraq, düşmən hücumunu davam etdirir:

"Hazırda briqada əks-hücum hərəkətləri reallaşdırmır. Biz müharibə qaydalarını pozmaqla və hərbi cinayətlər törətməklə fərqlənmiş rus bölmələrinə qarşı müdafiə döyüşləri aparırıq”.

Seçilən
29
2
axar.az

3Mənbələr