AZ

“Hansı pillə uğrunda mübarizə aparacağımızı demək çətindir”

“Çalışırıq ki, əlimizdən gələni edək”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın kapitanı Pavol Şafranko deyib.

Slovakiyalı hücumçu komandasının çempionluq uğrunda mübarizə aparmaq potensialına malik olduğunu qeyd edib:

“Hamımız yaxşı nəticəyə fokuslanmışıq. “Qarabağ”ın Çempionlar Liqasında oynaması fantastikdir.

Onlar Azərbaycanı təmsil edir. Amma biz öz oyunumuza köklənmişik. Bütün komandaların, hətta "Kəpəz"in və “İmişli”nin də çempionluq şansı var.

Mövsümün əvvəlidir, buna görə dəqiq hansı pillə uğrunda mübarizə aparacağımızı demək çətindir.

Yeni baş məşqçinin sistemini meydanda oturtmağa çalışırıq. Bunun üçün birlikdə işləyirik. Bu proses davam edir və nəticədə yaxşı olmalıdır”.

Seçilən
89
sportinfo.az

1Mənbələr