AZ

“Bəlkə də heç kim bizə inanmırdı” – “Qarabağ”ın müdafiəçisi

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika" üzərində səfər qələbəsini sözlə ifadə etmək çətindir”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

Müdafiəçi "Benfika" üzərində qələbənin unudulmaz olduğunu söyləyib:

"Bu, "Qarabağ" tarixinin unudulmaz oyunlarından biri idi. Hesabda 0:2 geriyə düşdükdən sonra bəlkə də heç kim inanmırdı. Amma biz inanırdıq. İnanıram ki, davamı gələcək".

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2.

Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Seçilən
35
sportinfo.az

1Mənbələr