AZ

Telefonu yastığınızın altına qoyub yatmayın! – Xəbərdarlıq

Bir çox insan gecə yatarkən telefonunu yastığın altına qoyur, amma mütəxəssislər bu vərdişin çox ciddi risklər daşıdığını bildirir.

News24.az xəbər verir ki, telefonlar elektromaqnit dalğalar yayır və bu dalğalar uzun müddət yaxın məsafədə olduqda beyinə və bədənə zərər verir. Xüsusilə yatarkən bu dalğalar bioloji stress yaradır.

Telefonun ekranından yayılan mavi işıq, melatonin adlı yuxu hormonunun ifrazını azaldır və dərin yuxuya keçidi çətinləşdirir. Bu isə insanın səhər yorğun oyanmasına səbəb olur.

Yastığın altında telefonun olması bildiriş səsləri və titrəyişlərlə yuxunu bölür. Bundan əlavə, telefonun baş ucunda olması, şüuraltında daim “əldə olma məcburiyyəti” hissi yaradır ki, bu da zehni yorur və stressə səbəb olur.

Mütəxəssislər gecə yatmazdan əvvəl telefonun uçuş rejiminə keçirilməsini və mümkün qədər otağın uzaq küncündə yerləşdirilməsini tövsiyə edir. Zərurət varsa, klassik zəngli saat istifadə etmək daha sağlam seçimdir.

Xeyrənsə Piriyeva

Seçilən
46
news24.az

1Mənbələr