AZ

Mourinyo: "Benfika" "Qarabağ"a uduzanda Barselonada idim"

"Əgər mövsümün sonuna qədər evimdə otursaydım, "Benfika"da qazandığımdan daha çox qazanacaqdım".

News24.az "Medya Radar"a istinadla xəbər verir ki, bunu "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo deyib.

"Çempionluğa oynamaqdan ötrü buraya gəldim. "Roma" və "Fənərbağça"da bunu edə bilmirdim" , - deyə o vurğulayıb.

"Benfika" rəhbərliyi ilə yay aylarında heç bir təmasının olmadığını söyləyən Mourinyo əlavə edib:

"Benfika" "Qarabağ"a uduzanda həyat yoldaşımla Barselonada idik. Ertəsi gün komandanın prezidenti mənimlə əlaqə saxladı. Danışmağımızın bir anlamının olub-olmadığını soruşdu və mən danışa biləcəyimizi bildirdim".


Seçilən
37
2
news24.az

10Mənbələr