AZ

Daha bir neçə Avropa dövləti Fələstini dövlət kimi tanıdı

BAKI, 23 sentyabr. TELEQRAF

Bir neçə Avropa dövləti Fələstinin müstəqilliyini tanıyıb.

Teleqraf xəbər verir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Belçika hökumətinin başçısı Bart De Vever Fələstini dövlət kimi tanıdıqları barədə bəyanatla çıxış edib.

O, Brüsselin hər zaman iki dövlət prinsipini müdafiə etdiyini və buna görə də Nyu-York bəyannaməsini imzalayanların sırasına qoşulduğunu vurğulayıb. De Veverin fikrincə, yalnız belə bir qərar israillilərin və fələstinlilərin sülh və təhlükəsizlik şəraitində birlikdə yaşamasına imkan verəcək.

Baş nazir qeyd edib ki, İsrail siyasətçilərinin Fələstin dövlətinin mövcudluğunun qeyri-mümkünlüyü barədə son bəyanatları fələstinliləri dəstəkləmək üçün əlavə səbəbdir.

Qeyd edək ki, Belçikadan başqa, Lüksemburq, Malta, Andorra və Monako da Fələstini rəsmi olaraq tanıdıqlarını bəyan ediblər.

Seçilən
36
teleqraf.com

1Mənbələr