AZ

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə olunub.

Bundan başqa diplomatlar qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
22
13
missiya.az

10Mənbələr