AZ

PUA lar Danimarkanın ən böyük hava limanını iflic edib, Norveç də həyəcan təbili çalır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Danimarkanın paytaxtı Kopenhagen hava limanı pilotsuz uçuş aparatlarının (PUA) aşkar edilməsi ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Bizimyol.info xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, Kopenhagen hava limanı uçuşlar və enişlər üçün bağlanıb. Ərazidə iki-üç böyük dron aşkarlanıb. Bağlanmanın dəqiq müddəti məlum deyil.

Kopenhagen hava limanında bütün uçuşlar və enişlər yerli vaxtla saat 20:26-da dayandırılıb. Ən azı 15 reys başqa hava limanlarına yönləndirilib.

Bu arada "Aftonbladet" xəbər verir ki, Norveçdə hava hücumu xəbərdarlığı edilib. Oslodakı Akershus hərbi qalası üzərində pilotsuz uçuş aparatları barədə məlumat daxil olub.

Əməliyyat İdarəsinin rəisi Fyvind Hammersvoldun sözlərinə görə, pilotsuz təyyarələr hərbçilər tərəfindən aşkarlanıb. Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Sinqapurdan olan iki nəfər saxlanılıb.

Sentyabrın 10-da Ukraynaya növbəti hücum zamanı çoxsaylı rus pilotsuz təyyarələri Polşa sərhədini keçib. Orada NATO təyyarələri onları vurmalı olub.

Bu hadisə kifayət qədər yüksək profilli presedent yaradıb. Polşa NATO-nun 4-cü maddəsinə istinad edob. Rusiya təyyarəsinin Estoniya hava məkanına 12 dəqiqəlik uçuş təxribatı etməsindən sonra növbəti həyəcan təbili çalınıb.

Ukraynanın xarici işlər naziri Andriy Sybiqa deyir ki, Polşa və Estoniyada baş verən hadisələr Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcını xatırladır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
bizimyol.info

1Mənbələr