AZ

Fransa "Qızıl top"u qazanan futbolçuların sayına görə rekorda imza atdı

BAKI, sentyabr. TELEQRAF

PSJ-nin vingeri Ousmane Dembele Fransa futbol tarixində "Qızıl top"u qazanan altıncı futbolçu olub.

Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçu 2024/2025 mövsümünün sonunda ən yaxşı futbolçu seçilib.

Bu mükafatı qazanan əvvəlki Fransa təmsilçiləri arasında Raymond Kopa, Mişel Platini (üç dəfə), Jan-Pier Papin, Zinəddin Zidan və Kərim Benzema var.

Beləliklə, fransız futbolçular “Qızıl top”u qazanan futbolçuların sayına görə İtaliya və Almaniyanın rekordunu qırıblar.

Seçilən
5
teleqraf.com

1Mənbələr