AZ

Puqaçova Dudayevə görə çətin durumda Səbəb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Alla Puqaçovaya qarşı məhkəmə prosesini hazırlanır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin deyib.

“Puqaçovaya qarşı iddia hazırlanıb və sabah təqdim olunacaq”, – deyə o bildirib.

Məlumata görə, səbəb müğənninin sentyabrın 10-da verdiyi müsahibəsi zamanı İçkeriya Respublikasının (Rusiyada qadağan olunmuş təşkilat) ilk prezidenti Coxar Dudayevlə bağlı səsləndirdiyi fikirlərdir.

Qeyd edək ki, Puqaçova çıxışında Dudayevi “mədəni, ziyalı və hörmətli insan” kimi yad edib, hətta onun ailəsi barədə də heyranlıqla danışıb.

Günel Cəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
globalinfo.az

1Mənbələr