AZ

Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

    Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

    Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Seçilən
    21
    13
    bakivaxti.az

    10Mənbələr