AZ

Misir fironunun qızıl bilərziyini oğurladılar


Misir fironu Amenemopetə (e.ə. 993–984) məxsus qızıl bilərzik Qahirə Muzeyindən oğurlanıb. NBC News"-in məlumatında deyilir ki, Misirin hüquq-mühafizə orqanları oğurluqda muzeydə işləyən bərpaçı əməkdaşdan şübhələnirlər. O, qədim bilərziyi əvvəlcə tanış bir gümüş tacirinə təklif edib. Tacir isə onu 3735 dollara zərgərə satıb. Daha sonra bilərzik 4025 dollara bir qızıləritmə zavodu əməkdaşına ötürülüb. Təəssüf ki, o, bu nadir tarixi əşyanı əridərək məhv edib. Hadisə ilə bağlı üç nəfər saxlanılıb, satışdan əldə olunan pullar isə dövlət tərəfindən müsadirə olunub.

Mətləb

Seçilən
12
1
baki-xeber.com

3Mənbələr