AZ

Dövlət agentliyi 10 milyon SMS aldı - DETALLAR

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” SMS xidmətlərinin satınalınması üzrə qalibi müəyyənləşdirib.

FED.az xəbər verir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi “SMS məlumatlandırma sisteminin sms balansının artırılması” (qısa mesaj xidməti) ilə bağlı tenderin qalibini açıqlayıb.

Qalib “Az Softvare System” QSC (VÖEN: 1304395731) olub. Müqavilənin ümumi məbləği 318 min 600 manat təşkil edir. Ehtimal olunan qiymət  327 min 450 manat idi.

SMS xidmətinə aşağıdakılar daxildir:

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

AYNA İnformasiya Sisteminin müvafiq altsistemləri vasitəsilə istifadəçilərə göstərilən xidmətlərlə əlaqədar SMS məlumatlandırma sisteminin SMS balansının artırılması (Bakcell mobil operatoru üçün nəzərdə tutulmuşdur)

3.000.000

ədəd

2

AYNA İnformasiya Sisteminin müvafiq altsistemləri vasitəsilə istifadəçilərə göstərilən xidmətlərlə əlaqədar SMS məlumatlandırma sisteminin SMS balansının artırılması ( Azercell mobil operator üçün nəzərdə tutulmuşdur)

5.000.000

ədəd

3

AYNA İnformasiya Sisteminin müvafiq altsistemləri vasitəsilə istifadəçilərə göstərilən xidmətlərlə əlaqədar SMS məlumatlandırma sisteminin SMS balansının artırılması (Nar mobil operatoru üçün nəzərdə tutulmuşdur)

2.000.000

ədəd

Qeyd edək ki, “Az Softvare System” QSC 10 oktyabr 2016-cI ildə yaradılıb, nizamnamə kapitalı150 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Qasımlı Valeh oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 117c,Ritz Plaza, M. 6-cı mərtəbə ünvanında yerləşir.

Şirkət daha öncə də AYNA-nın iki tenderinin qalibi olub. Onlardan biri “Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” tenderidir ki, dəyəri  6 milyon 560  min 800 manat təşkil edib. Digəri isə 151 min 40 manat dəyərindəki “Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları və səfərləri haqqında məlumatların toplanmasını və emalını təmin edən informasiya sisteminin yaradılmasının satınalınması” tenderidir. 

Seçilən
68
fed.az

1Mənbələr