AZ

Borclulara şad xəbər 50% lik məhdudiyyət kimlərə şamil olunur?

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məhkəmə qərarının icrası zamanı borclunun əmək haqqı və digər gəlirlərinə yönəldilən tutulmalar "İcra haqqında" Qanun və Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir.

Milli.Az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

Bildirilir ki, tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə qazancın 50 faizi borcluda qalmalıdır:

"Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı yuxarıdakı məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz".

"Qanunda tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərinin siyahısı müəyyənləşib. Müvafiq maddədə göstərilənlərdən başqa tələb borcluya ödənilən digər pul məbləğlərinə yönəldilə bilər.

Bir neçə icra sənədi üzrə tutulma olduqda belə, borcludan tutulan ümumi məbləğ müvafiq olaraq onun gəlirlərinin 50 faiz və ya 70 faizindən çox olmamalıdır", - qurumdan əlavə olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
5
news.milli.az

10Mənbələr